GAİM-in “Yay Məktəbi” proqramı başa çatıb
30 sentyabr, 2026
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Gürcüstanın Marneuli şəhərində fəaliyyət göstərən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) təşkilatçılığı ilə keçirilən “Yay Məktəbi” proqramı başa çatıb.
Proqram çərçivəsində məktəbli və yeniyetmələr yay tətilini səmərəli keçirərək yeni bilik və bacarıqlar qazanıb, müxtəlif maarifləndirici, yaradıcı və əyləncəli fəaliyyətlərə qatılıblar.
Proqramın yekununda GAİM-in icraçı direktoru Məhəbbət İmanov, proqramın müəllimi Anna Allahverdiyeva və rəsm müəllimi Xəyalə Mustafayeva iştirakçılara sertifikat və hədiyyələr təqdim edib, gənclərə təhsil həyatlarında uğurlar arzulayıblar.
“Yay Məktəbi” proqramı uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, dünyagörüşlərinin genişləndirilməsi, yeni bilik və bacarıqlar əldə etmələri, sosial və yaradıcı potensiallarının inkişafı baxımından faydalı olub. Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi uşaqları və yeniyetmələri qarşıdakı proqramlarda fəal iştirak etməyə dəvət edir.
Foto qalereya
Digər xəbərlər
