GAİM-də rəsm dərsləri davam edir

6 may, 2026

GAİM-də rəsm dərsləri davam edir

Marneulidə fəaliyyət göstərən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) rəsm dərsləri uğurla davam edir.

Məşğələlər iştirakçıların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi və təsviri incəsənət sahəsində biliklərinin artırılması məqsədi daşıyır.

Mərkəzin rəsm və təsviri incəsənət müəlliməsi, peşəkar rəssam Xəyalə Mustafayeva tərəfindən tədris olunan dərslər hər həftə şənbə və bazar günləri saat 10:00-dan 12:00-dək keçirilir.

Yaradıcılıq qabiliyyətini inkişaf etdirmək və incəsənət dünyasına addım atmaq istəyənlər aşağıdakı telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər:

+995 588 883 919

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər