GAİM-də "Telefonsuz bir gün"

30 iyul, 2026

GAİM-də "Telefonsuz bir gün"

Gürcüstanın Marneuli şəhərində fəaliyyət göstərən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) nəzdindəki həftəsonu məktəbində təhsil alan 5–13 yaşlı uşaqlar üçün "Telefonsuz bir gün" adlı maarifləndirici və əyləncəli tədbir təşkil olunub.

Tədbir uşaqların rəqəmsal cihazlardan uzaq, sağlam və səmərəli vaxt keçirmələrinin təşviq edilməsi, onların sosial ünsiyyət, yaradıcılıq, komanda ilə işləmək və ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi məqsədi daşıyıb.

Proqram səhər idman hərəkətləri və birgə səhər yeməyi ilə başlayıb. Gün ərzində uşaqlar müxtəlif yaradıcı oyunlarda, intellektual tapşırıqlarda və komanda fəaliyyətlərində fəal iştirak edərək həm əylənib, həm də yeni bilik və bacarıqlar qazanıblar.

İnteraktiv müzakirələr zamanı uşaqlarla "Məktəb bizə nə öyrədir?" və "Biz niyə məktəbə getməliyik?" mövzularında fikir mübadiləsi aparılıb.

"Telefonsuz Bir Gün" təşəbbüsü uşaqlara rəqəmsal texnologiyalardan kənarda da maraqlı, məhsuldar və mənalı vaxt keçirməyin mümkün olduğunu nümayiş etdirib. Tədbir iştirakçılarda canlı ünsiyyətin, birgə fəaliyyətin və yaradıcılığın əhəmiyyətini bir daha ön plana çıxarmaqla yanaşı, onların sosiallaşmasına, özünəinamının möhkəmlənməsinə və komanda ruhunun formalaşmasına töhfə verib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər