GAİM-də milli rəqs dərsləri davam edir

4 may, 2026

GAİM-də milli rəqs dərsləri davam edir

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) nəzdində fəaliyyət göstərən “Sarvan” Folklor Ansamblı Azərbaycan və gürcü milli rəqsləri üzrə məşqlərini davam etdirir.

Dərslər ansamblın müəllimi və bədii rəhbəri Cəmilə Məmmədova, eləcə də UNESCO-nun Beynəlxalq Rəqs Şurasının (CID) Tbilisi nümayəndəsi Zurabi Bilanişvili tərəfindən keçirilir. Məşqlər hər həftə şənbə və bazar günləri saat 12:00-dan 14:00-dək təşkil olunur.

Qeyd edək ki, bu cür məşğələlər gənclərin milli-mədəni dəyərlərə bağlılığının gücləndirilməsinə, rəqs bacarıqlarının inkişafına və iki xalq arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə töhfə verir.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər