GAİM-də gürcü dili kursları davam edir

9 oktyabr, 2026

GAİM-də gürcü dili kursları davam edir

Gürcüstanın Marneuli şəhərində fəaliyyət göstərən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) yeni qəbul olunan gənclər üçün gürcü dili kursları davam edir.

İxtisaslı müəllimlər Lia Xaraişvilinin keçdiyi dərslər bazar ertəsi saat 12:30–13:30, şənbə və bazar günləri isə saat 12:30–14:30-da, Zülfinaz Əliyevanın dərsləri isə həftənin 1, 3 və 5-ci günləri saat 13:00–15:00, şənbə və bazar günləri saat 13:00–17:00-da təşkil olunur.

Kursların əsas məqsədi gənclərin gürcü dili biliklərini inkişaf etdirmək və onların cəmiyyətə inteqrasiyasına dəstək göstərməkdir.

Ünvan: Marneuli, Q. Mazniaşvili küçəsi 3 (Azərbaycan Evi, Ataholding)

Tel.: +995 588 88 39 19

E-poçt: gaim.integration@gmail.com

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər