Fransada Müstəqillik Gününə həsr olunan beynəlxalq şahmat turniri keçirilib

4 iyun, 2026

Fransada Müstəqillik Gününə həsr olunan beynəlxalq şahmat turniri keçirilib

Fransanın Tuluz şəhərində 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə ilk dəfə beynəlxalq şahmat turniri keçirilib.

Tuluz Azərbaycan Evinin təşkil etdiyi yarışda Fransadakı soydaşlarımızla yanaşı, müxtəlif ölkələrdən şahmatçılar iştirak edib. Qruplar beynəlxalq qaydalara uyğun, peşəkar dərəcəli şahmat məşqçilərinin nəzarəti altında mübarizə aparıb. Turnirin qalibləri medal, kubok və sertifikatlarla təltif olunub.

Yarışın gedişində iştirakçılar Azərbaycan milli mətbəxinin ləziz təamlarına qonaq edilib. Bu isə ölkəmizin zəngin mədəni irsinin və qonaqpərvərlik ənənələrinin tanıdılmasına töhfə verib.

Turnir Azərbaycanın beynəlxalq səviyyədə tanıdılması, milli dəyərlərimizin təbliği və gənclər arasında intellektual idmanın təşviqi baxımından xüsusi əhəmiyyət daşıyıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər