Fransada Azərbaycanın milli rəqslərinə xüsusi maraq var
12 avqust, 2026
Azərbaycanın “Ritm” rəqs qrupu Fransanın Montuar şəhərində keçirilən beynəlxalq Montuar Avropa Folklor Festivalında iştirak edir.
Təxminən 20 min insanın iştirak etdiyi festivalın əsas məqsədi müxtəlif xalqların mədəniyyətlərini tanıtmaq, mədəniyyətlərarası əlaqələri gücləndirmək və fərqli icmaların dostluğunu möhkəmləndirməkdir.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə festivala qatılan “Ritm” rəqs qrupunun ifasında xalqımızın zəngin rəqs ənənələri ustalıqla nümayiş olunur. Milli geyimlərin rəngarəngliyi, musiqinin ahəngi və milli rəqslərin özünəməxsus ifa tərzi qonaqlarda Azərbaycanın çoxəsrlik mədəni irsi haqqında dolğun təsəvvür yaradır.
Festival çərçivəsində konsert və rəqs proqramları ilə yanaşı, sərgilər, konfranslar, ustad dərsləri, milli mətbəx təqdimatları, sənətkarlıq nümunələrinin nümayişi və müxtəlif açıq hava tədbirləri də təşkil olunur.
Festival 16 avqustadək davam edəcək.
Qeyd edək ki, 2011-ci ildə yaradılan “Ritm” rəqs qrupu indiyədək Gürcüstan, Türkiyə, Rusiya, ABŞ, Şimali Kipr Türk Respublikası, Çin, Belarus, Monteneqro, İsveçrə və Almaniyada ölkəmizi təmsil edib.
Foto qalereya
Digər xəbərlər
