Floridada Azərbaycan bayrağı ucaldılıb
6 aprel, 2026
Florida ştatının Koral Geybls şəhərinin məşhur məkanlarından olan “Mirakl Mil” və "Ponce de Leon" Bulvarında Azərbaycan Respublikasının Dövlət bayrağı ucaldılıb. İki məşhur küçənin kəsişməsində yerləşən, müxtəlif ölkələrin bayraqlarının nümayiş olunduğu sıraya Azərbaycan bayrağı da əlavə edilib. Aksiya şəhərdə yaşayan Azərbaycan icmasının fəal üzvlərindən olan Leyla Hüseyn və Fuad Mehdiyevin təşəbbüsü, Azərbaycanın ABŞ-dəki Səfirliyinin, eyni zamanda Koral Qeybls meriyasının dəstəyi ilə gerçəkləşdirilib.
İcma nümayəndələri bildiriblər ki, hadisə yalnız bayraqqaldırma deyil, eyni zamanda milli kimliyin, birliyin və mənsubiyyət hissinin ifadəsidir. Onların sözlərinə görə, Azərbaycan bayrağının bu nüfuzlu məkanda dalğalanması ştatda yaşayan soydaşlarımız üçün qürur mənbəyidir. Təşəbbüs Azərbaycan icmasının böyük sevinc hissi ilə qarşılanıb.
Məlumat üçün bildirək ki, Leyla Hüseyn və Fuad Mehdiyev Mayami məktəblərində hər il keçirilən beynəlxalq festivallara qatılır, iştirakçılara Azərbaycanın mədəniyyəti, milli adət-ənənələri, mətbəxi və folkloru haqqında geniş məlumat verirlər.
Foto qalereya
Digər xəbərlər
