Fikrət Əmirovun əsərləri Almaniya Milli Kitabxanasında

2 oktyabr, 2026

Fikrət Əmirovun əsərləri Almaniya Milli Kitabxanasında

Xəbər verdiyimiz kimi, Almaniyada yaşayan azərbaycanlı pianoçu Gülçin Aslanova-Lutzun təşəbbüsü ilə Azərbaycan və Avropa bəstəkarlarının fortepiano əsərlərini bir araya gətirən kompakt disk (CD) işıq üzü görüb.

Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun fortepiano üçün bəstələdiyi “12 miniatür” silsiləsi və alman bəstəkarı Robert Şumanın “Davidsbündlertänze” silsiləsinin yer aldığı CD Almaniya Milli Kitabxanasının kataloquna daxil edilib. Diskdəki bütün əsərlərin ifaçısı Gülçin Aslanova-Lutzdur.

Soydaşımızın bu uğuru Azərbaycan musiqi irsinin beynəlxalq miqyasda tanıdılması və Azərbaycan ilə Avropa musiqi ənənələri arasında mədəni körpünün möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

 

Qeyd edək ki, CD-nin nəşrinə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondu dəstək göstərib.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər