“FC Qarabağ Tallinn” komandası bürünc medal qazanıb
4 may, 2026
Estoniyada fəaliyyət göstərən “FC Qarabağ Tallinn” komandası xaricdə yaşayan azərbaycanlı gənclərin idman vasitəsilə bir araya gəlməsinə və Azərbaycanın beynəlxalq idman aləmində tanıdılmasına öz töhfəsini verməkdə davam edir. Komanda Estoniya futzal çempionatında mövsümü uğurla başa vuraraq üçüncü yerin sahibi olub.
Belə ki, “FC Qarabağ Tallinn” komandası bürünc medal uğrunda keçirilən həlledici qarşılaşmada “Saku Sporting” ilə üz-üzə gəlib. Yüksək temp və gərgin mübarizə şəraitində keçən oyun komandamızın 8:0 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticə komandanın mövsüm boyu sərgilədiyi sabit, məqsədyönlü və peşəkar oyununun nəticəsi kimi dəyərləndirilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi “FC Qarabağ Tallinn” komandasının fəaliyyətinə dəstək göstərir.
Foto qalereya
Digər xəbərlər
