Eston məktəblilər Azərbaycanı daha yaxından tanıyacaq

8 sentyabr, 2026

Eston məktəblilər Azərbaycanı daha yaxından tanıyacaq

Estoniyada fəaliyyət göstərən “OCAQ” Azərbaycan icması adından yeni dərs ilinin başlanması münasibətilə Aseri Əsas Məktəbinə Azərbaycan haqqında kitab hədiyyə edilib.

Kitabı Viru-Nigula bələdiyyəsinin rəhbəri Einar Vallbaum məktəbin şagird və müəllim kollektivinə təqdim edərək həm onları yeni tədris ili münasibətilə təbrik edib, həm də Odlar Yurdu ilə bağlı belə bir vəsaiti məktəbə hədiyyə etməkdən böyük məmnunluq duyduğunu bildirib.

Görüşdə təhsilin, mədəniyyətlərarası dialoqun və qarşılıqlı əməkdaşlığın xalqlar və icmalar arasında dostluq əlaqələrinin inkişafındakı müstəsna rolu vurğulanıb.

Qeyd olunub ki, Aseri Əsas Məktəbi ilə Azərbaycanın ümumtəhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin qurulması və gələcəkdə birgə layihələrin həyata keçirilməsi nəzərdə tutula bilər. Bu əməkdaşlıq şagird və müəllimlər arasında təcrübə mübadiləsinə mühüm töhfə verər, gənc nəslin hər iki ölkənin tarixi, mədəniyyəti ilə daha yaxından tanış olmasına şərait yaradar.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər