Eskişehirdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib
13 may, 2026
Eskişehirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir təşkil edilib.
Eskişehir Azərbaycanlılar Dərnəyinin təşkilatçılığı ilə baş tutan tədbirə diaspor nümayəndələri, tələbələr və digər soydaşlarımız qatılıb.
Əvvəlcə Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edilib. Ümummilli Lider Heydər Əliyevə həsr olunan "Heydər Əliyev zamanın fövqündə" sənədli filmi göstərilib. Filmdə Ulu Öndərin zəngin həyat yolu, müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı naminə həyata keçirdiyi tarixi xidmətlərdən bəhs edilib. Həmçinin Heydər Əliyevin dövlətçilik düşüncəsi, milli birlik ideyası, Azərbaycançılıq məfkurəsi və gələcək nəsillərə miras qoyduğu dəyərlər xüsusi vurğulanıb.
Tədbirdə dərnəyin Gənclər Birliyinin rəhbəri Əlirza Əlirzayev və digərləri çıxışlarında Ulu Öndərin siyasi kursunun bu gün də uğurla davam etdirildiyini və onun Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərinin hər zaman dərin ehtiramla xatırlandığını diqqətə çatdırıblar.
Foto qalereya
Digər xəbərlər
