ENANA Balet Akademiyası Hamiltonda “Yeddi gözəl” ilə ikinci yeri qazanıb
22 may, 2026
Kanadanın Hamilton şəhərində keçirilən “VIEW Dance Challenge Inc.” adlı rəqs müsabiqəsində ENANA Balet Akademiyasının üzvləri Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baletindən seçilmiş parçaları ifa edib.
Hamilton Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə səhnəyə çıxan gənc balerinaların çıxışı böyük maraq və alqışlarla qarşılanıb. Onlar Azərbaycan bayrağının rənglərini daşıyan xüsusi geyimləri ilə ölkəmizin zəngin mədəniyyətini, qədim ənənələrini və milli ruhunu hiss etdiriblər. Azərbaycan baletinin və incəsənətinin gözəlliyini nümayiş etdirən ifalar tamaşaçılarda dərin və unudulmaz təəssüratlar yaradıb. Müsabiqənin nəticələrinə əsasən, ENANA Balet Akademiyasının üzvləri ikinci yerə layiq görülüb.
Qeyd edək ki, ENANA Balet Akademiyası Hamiltonda Azərbaycanın Vətən müharibəsində qazandığı şanlı Zəfərin 5 illiyinə həsr olunan konsertdə də Qara Qarayevin “Yeddi gözəl” baletindən “Slavyan gözəli” obrazının ifası ilə yadda qalıb.
Foto qalereya
Digər xəbərlər
