“Dünyanı soyqırımlardan qoruyaq!”
2 aprel, 2026
Kanada Azərbaycan Evinin nəzdindəki “Mənim Azərbaycanım” həftəsonu məktəbinin növbəti dərsi 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə və Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunub.
Əvvəlcə soyqırımı qurbanlarının və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Şagirdlərə ermənilərin tarix boyu azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlar, xüsusilə Mart soyqırımının acı nəticələri barədə geniş məlumat verilib. Bu faciənin yaddaşlardan silinməməsi üçün gənc nəslin üzərinə düşən məsuliyyətdən danışılıb. Eyni zamanda, 2016-cı ilin Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun göstərdiyi qətiyyətli mövqedən, əldə olunan uğurlardan və hərbçilərimizin döyüş meydanındakı şücaətindən bəhs olunub.
Dərsdə şagirdlərin hazırladığı “Dünyanı soyqırımlardan qoruyaq!” adlı videoçarx göstərilib. Qəhrəmanlığı və vətənpərvərliyi tərənnüm edən şeirlər səsləndirilib.
Digər xəbərlər
