Dövlət Komitəsində BMT-nin regional əlaqələndiricisi ilə görüş keçirilib

22 may, 2026

Dövlət Komitəsində BMT-nin regional əlaqələndiricisi ilə görüş keçirilib

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində BMT Könüllüləri Proqramının Avropa və Mərkəzi Asiya üzrə regional əlaqələndiricisi Zarina Mirabdullayeva ilə görüş keçirilib. Görüş BMT-nin 2026-cı ili “Dayanıqlı İnkişaf naminə Beynəlxalq Könüllülər İli” elan etməsi münasibətilə baş tutub.

Görüşdə beynəlxalq könüllülük fəaliyyəti, diaspor gənclərinin qlobal təşəbbüslərə cəlb olunması və regional əməkdaşlıq məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Müzakirələrdə Azərbaycanın və diaspor təşkilatlarının “Dayanıqlı İnkişaf naminə Beynəlxalq Könüllülər İli” təşəbbüslərində iştirakı, diaspor gəncləri üçün onlayn könüllülük imkanlarının yaradılması, eləcə də diasporumuzun beynəlxalq sosial layihələrdə potensialı diqqət mərkəzində olub.

Həmçinin diaspor təşkilatları üçün könüllülərin idarə olunması istiqamətində təlimlərin təşkili, BMT standartlarına uyğun sertifikatlaşdırılan inkişaf proqramlarının həyata keçirilməsi imkanları müzakirə edilib. Bu əməkdaşlığın beynəlxalq şəbəkələşmənin gücləndirilməsi, diaspor gənclərinin fəallığının artırılması və Azərbaycanın beynəlxalq müstəvidə “yumşaq güc”ünün inkişafı baxımından mühüm əhəmiyyət daşıdığı bildirilib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər