Dohada “Möhtəşəm pianoçularım” adlı beynəlxalq konsert keçirilib

4 iyun, 2026

Dohada “Möhtəşəm pianoçularım” adlı beynəlxalq konsert keçirilib

Qətərin paytaxtı Doha şəhərində diaspor fəalı və piano müəllimi Adilə Quliyevanın təşkilatçılığı ilə “Möhtəşəm pianoçularım” (“My Amazing Pianists”) adlı konsert proqramı baş tutub.

Açılış nitqindən Adilə Quliyeva musiqinin xalqları birləşdirən universal dil olduğunu vurğulayıb, bu kimi beynəlxalq mədəni layihələrin gələcəkdə də davam etdiriləcəyini bildirib.

Konsertdə Azərbaycan, Avropa və ərəb musiqisindən nümunələr ifa olunub. Adilə Quliyevanın Dohada yaşayan Türkiyə, Qətər, Almaniya, Suriya, Mərakeş, Livan, Fransa, İspaniya, Venesuela və digər ölkələrdən olan gənc tələbələri rəngarəng ifalarla çıxış ediblər. Konsertdə Azərbaycan bəstəkarları Asəf Zeynallının, Niyazinin əsərləri ilə yanaşı, Avropadan Volfqanq Amadey Mozart, Lüdviq van Bethoven, Klod Debüssi və digər klassiklərin kompozisiyaları da səsləndirilib.

Müxtəlif xalqların musiqi vasitəsilə bir araya gəlməsinə, mədəniyyətlərarası dialoqun inkişafına və dostluq münasibətlərinin möhkəmlənməsinə töhfə verən konsert proqramı iştirakçıların və qonaqların böyük marağı ilə qarşılanıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər