Diaspor təşkilatlarından Anım Günü ilə bağlı bəyanat
25 sentyabr, 2026
Avropa ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları 27 Sentyabr – Anım Günü ilə əlaqədar bəyanat yayıblar.
Skandinaviya ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurası, Almaniya Azərbaycanlıları Alyansı, Fransa üzrə Azərbaycanlıların Koordinasiya Şurası, İsveçrə üzrə Azərbaycanlıların Koordinasiya Şurası, İtaliya üzrə Azərbaycanlıların Koordinasiya Şurası, Niderland-Belçika üzrə Azərbaycanlıların Koordinasiya Şurası, Polşa Azərbaycanlılarının Koordinasiya Şurası, Şərqi Avropa üzrə Azərbaycanlıların Koordinasiya Şurası və “Xarı Bülbül” Dünya Azərbaycanlıları Mədəniyyət Assosiasiyası, Azərbaycan-İrlandiya Mədəniyyət Assosiasiyası, Saloniki Azərbaycan Evi, Avropa Azərbaycan Mərkəzi, Azər-Türk Gənclər Təşkilatı, Azərbaycan Qarabağ Mərkəzi, Danimarka-Azərbaycan “Vətən” Cəmiyyəti, Barselonadakı Azərbaycanlılar Cəmiyyəti və İspaniyada yaşayan soydaşlarımız adından yayılan bəyanatlar Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan hərbi qulluqçuların və mülki vətəndaşların əziz xatirəsinə həsr olunub.
Bəyanatlarda vurğulanıb ki, 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun 44 gün ərzində qazandığı şanlı Zəfərlə Azərbaycanın ərazi bütövlüyünün bərpası təmin edilib, xalqımızın haqq və ədalət uğrunda mübarizəsinin təntənəsi kimi tarixə yazılıb. Bu parlaq qələbə dünya azərbaycanlılarının yaddaşına qürur və qəhrəmanlıq salnaməsi olaraq həkk olunub.
Bildirilib ki, Vətən uğrunda canlarından keçən igid oğul və qızlarımızın göstərdikləri misilsiz şücaət və fədakarlıq xalqımızın yaddaşında əbədi yaşayacaq, onların qəhrəmanlığı gələcək nəsillər üçün Vətənə sədaqətin və milli iradənin parlaq nümunəsi olaraq qalacaq.
Sonda bütün xalqlara sülh, təhlükəsiz və qarşılıqlı hörmət şəraitində firavan, əmin-aman və xoşbəxt həyat arzulanıb.
Foto qalereya
Digər xəbərlər
