Diaspor Gənclərinin VII Yay Düşərgəsində şahmat turniri

4 avqust, 2026

Diaspor Gənclərinin VII Yay Düşərgəsində şahmat turniri

Diaspor Gənclərinin VII Yay Düşərgəsinin iştirakçılarının asudə vaxtlarının səmərəli təşkili məqsədilə şahmat turniri keçirilib. 24 nəfərin iştirak etdiyi turnir yüksək rəqabət və maraqlı mübarizə şəraitində baş tutub. Yarışın sonunda Niderlanddan olan iştirakçı Murad Abdulla qalib olub. Turnirdə fərqlənən iştirakçılar  mükafatlandırılıblar.

Yarış gənclər arasında sağlam rəqabət mühitinin təşviqinə, analitik və strateji düşüncə bacarıqlarının inkişafına, eləcə də intellektual idmana marağın artırılmasına mühüm töhfə verib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər