“Diaspor Gəncləri 1+1” layihəsinin iştirakçıları Dövlət Komitəsində olub
6 may, 2026
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyov “Diaspor Gəncləri 1+1” layihəsinin növbəti iştirakçıları ilə görüşüb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən diaspor siyasəti haqqında ətraflı məlumat verən sədr müavini xaricdəki soydaşlarımızın fəaliyyəti, komitənin həyata keçirdiyi irihəcmli layihələr, həmçinin dünya azərbaycanlıların vahid diaspor şəbəkəsinin vahid diaspor şəbəkəsi ətrafında birləşdirilməsi ideyasına toxunub.
O, diaspor gənclərinin və ölkəmizə dost münasibəti bəsləyən xalqların nümayəndələrinin Azərbaycanla daha sıx əlaqə qurmasında, milli-mədəni dəyərlərimizin təbliğində, eləcə də icmalararası münasibətlərin dərinləşməsində “Diaspor Gəncləri 1+1” layihəsinin rolundan danışıb. Bu layihənin gənclərin bilik və bacarıqlarının, liderlik potensiallarının inkişafına ciddi təsir etdiyini, Azərbaycanla bağlı informasiyalara əlçatanlığın artmasına şərait yaratdığını diqqətə çatdırıb.
Özləri haqqında məlumat verən layihə iştirakçıları səfərin təşkilinə, ölkəmizdə olduqları müddətdə onlara göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlıq ifadə edib, Xankəndi və Şuşa şəhərlərinə səfərləri ilə bağlı maraqlı təəssüratlarını bölüşüblər. Qeyd ediblər ki, bu səfər onlar üçün yaddaqalan və faydalı olub. Qarabağda Ermənistanın törətdiyi genişmiqyaslı vandalizm aktlarına toxunan gənclər Azərbaycanın həmin ərazilərdə apardığı sürətli bərpa və yenidənqurma işlərini təqdirəlayiq hesab ediblər.
Görüşdə qarşılıqlı fikir mübadiləsi aparılıb, gənclərin sualları cavablandırılıb, onlara xatirə hədiyyələri verilib.
Qonaqlar, həmçinin Heydər Əliyev Mərkəzini ziyarət edib, Ulu Öndərin zəngin irsi haqqında məlumat alıb, eyni zamanda bu möhtəşəm memarlıq nümunəsi ilə yaxından tanış olublar.
Məlumat üçün bildirək ki, komitənin gənclərlə bağlı uğurlu layihələrindən olan “Diaspor Gəncləri 1+1” Proqramı 2021-ci ildən etibarən həyata keçirilir. Məqsəd ölkəmizin multikultural zənginliyini, eyni zamanda ermənilərin törətdiyi vandalizm aktlarını, müharibə cinayətlərini, azad olunan ərazilərdə gedən sürətli yenidənqurma prosesini layihə iştirakçıları vasitəsilə xaricdə geniş işıqlandırmaqdır. Layihə çərçivəsində komitə xaricdəki azərbaycan diaspor gənclər təşkilatlarının və ya fəal üzvünün onun yaşadığı ölkədən olan bir əcnəbi, nüfuzlu gənclə birlikdə Azərbaycana səfərini təşkil edir.
Foto qalereya
Digər xəbərlər
