Diaspor fəalımız “Tanabata” yapon bayramında Azərbaycanı tanıdıb
11 iyul, 2023Yaponiyanın Hiroşima prefekturasının Şobara (Shobara) şəhərində keçirilən ənənəvi yapon bayramı olan “Tanabata” festivalında Azərbaycan təmsil olunub.
Bu şəhərdə yaşayan diaspor fəalı Nemət Mirzənin təşkilatçılığı ilə yaradılan Azərbaycan guşəsində milli mətbəximizin nümunələrinin hazırlanma və bişirilmə qaydaları nümayiş etdirilib.
Nemət Mirzə Azərbaycan guşəsini ziyarət edən yerli sakinlərə ölkəmiz barədə ətraflı məlumat verib və sualları cavablandırıb.
Qeyd edək ki, Yaponiyada “Tanabata” bayramı hər il iyulun 7-dən başlayaraq qeyd edilir.
Foto qalereya
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər