Odessada şəhidlərimizin əziz xatirəsi yad edilib

28 sentyabr, 2026

Odessada şəhidlərimizin əziz xatirəsi yad edilib

Ukraynanın Odessa şəhərində fəaliyyət göstərən Odessa Azərbaycanlıları Diasporunun “Birlik” İctimai Təşkilatının təşkilatçılığı ilə 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Evində anım tədbiri keçirilib.

Tədbirdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxışlar zamanı Vətən müharibəsi dövründə Azərbaycan xalqının nümayiş etdirdiyi həmrəylik və milli birlikdən, şəhidlərimizin göstərdiyi qəhrəmanlıq və fədakarlıqdan söz açılıb. Şəhidlərin əziz xatirəsinin daim yaşadılmasının, onların Vətən qarşısındakı xidmətlərinin və qəhrəmanlıq nümunələrinin gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanıb. Diaspor nümayəndələri xaricdə yaşayan azərbaycanlıların milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində fəal iştirak etdiklərini qeyd ediblər.

Təşkilat, həmçinin Anım Günü ilə əlaqədar bəyanat yayıb. Bəyanatda 27 Sentyabr – Anım Günü ilə bağlı Azərbaycan xalqının Vətən müharibəsində şəhid olan qəhrəmanlarının əziz xatirəsi dərin ehtiramla yad edildiyi, onların Vətənin azadlığı və suverenliyi uğrunda göstərdikləri şücaət və fədakarlığın gələcək nəsillər üçün örnək olduğu vurğulanır. Xaricdə yaşayan azərbaycanlıların tarixi Vətənlə həmrəyliyi ifadə edilərək xalqımıza sülh, rifah, birlik və əmin-amanlıq arzulanır.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər