Azərbaycan Diaspor Gəncləri beynəlxalq təşkilatlara Bəyanat ünvanlayıb
28 sentyabr, 2026
Azərbaycan Diaspor Gəncləri (ADG) 27 Sentyabr – Anım Günü ilə əlaqədar BMT-nin Beynəlxalq Məhkəməsi, BMT-nin İnsan Hüquqları Şurası, BMT-nin Cenevrə Bölməsi, Avropa Parlamenti də daxil olmaqla 30-dan çox beynəlxalq təşkilata Bəyanat ünvanlayıb.
Bəyanatda müharibənin mülki əhali üçün yaratdığı ağır nəticələrə diqqət çəkilib. Azərbaycanın yaşayış məntəqələrinin raket və artilleriya hücumlarına məruz qalması, nəticədə mülki şəxslərin həlak olması və infrastrukturun zərər görməsi qeyd olunub.
Sənəddə, həmçinin Vətən müharibəsində Azərbaycan xalqının qazandığı tarixi Zəfər, regionda davamlı sülhün, ədalətin və insan hüquqlarının təmin olunmasına verdiyi töhfə, eləcə də şəhidlərimizin göstərdiyi misilsiz qəhrəmanlıq və fədakarlıq xüsusi vurğulanıb. Dünya ictimaiyyəti beynəlxalq humanitar hüquq pozuntularının araşdırılmasına və regionda beynəlxalq hüquqa əsaslanan davamlı sülh və barışığın təşviqinə dəstək verməyə çağırılıb.
Azərbaycan Diaspor Gəncləri ölkəmizin haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılması, tarixi həqiqətlərimizin qorunması və təbliği istiqamətində fəaliyyətini ardıcıl və məqsədyönlü şəkildə davam etdirəcəkdir.
Digər xəbərlər
