Şimkənddə 27 Sentyabr – Anım Gününə həsr olunan açıq dərs keçirilib
28 sentyabr, 2026
Qazaxıstanın Şimkənd şəhərində fəaliyyət göstərən “Azərbaycan Mədəniyyət Mərkəzi” İctimai Birliyinin nəzdindəki həftəsonu məktəbində 27 Sentyabr – Anım Gününə həsr olunan açıq dərs keçirilib.
Şagirdlərə Vətən müharibəsi, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası istiqamətində aparılan mübarizə, 27 Sentyabr – Anım Gününün tarixi əhəmiyyəti barədə məlumat verilib. Gənclərin diqqətinə şəhidlərimizin həyat və döyüş yolu, onların Vətən qarşısında göstərdikləri fədakarlıqla bağlı məlumatlar çatdırılıb.
Dərs zamanı Vətən müharibəsində şəhid olan qəhrəmanların əziz xatirəsi ehtiramla yad edilib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərə həsr olunan şeirlər səsləndirilib.
Foto qalereya
Digər xəbərlər
