Danimarka Azərbaycan Evində Müstəqillik Günü qeyd olunub

1 iyun, 2026

Danimarka Azərbaycan Evində Müstəqillik Günü qeyd olunub

Danimarka Azərbaycan Evində 28 May – Müstəqillik Günü münasibətilə tədbir keçirilib.

Danimarka Azərbaycan Evinin və Danimarka-Azərbaycan “Vətən” Cəmiyyətinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə soydaşlarımız, diaspor nümayəndələri və yerli ictimaiyyətin üzvləri iştirak edib.

Çıxışlar zamanı Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyəti, 23 ay  yaşamasına baxmayaraq xalqımızın milli yaddaşında və dövlətçilik ənənələrinin formalaşmasında oynadığı mühüm rol barədə geniş məlumat verilib. Bildirilib ki, 1918-ci ildə əsası qoyulan dövlətçilik ənənələri Azərbaycanın 1991-ci ildə yenidən müstəqilliyini bərpa etməsi ilə davam etdirilib və bu gün müasir Azərbaycan dövləti həmin tarixi irsin uğurlu davamçısıdır.

Tədbirdə müstəqil Azərbaycanın inkişafı, dövlətimizin güclənməsi, soydaşlarımız arasında milli birliyin daha da möhkəmlənməsi və ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsi istiqamətində Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət, göstərdiyi misilsiz xidmətləri xüsusi vurğulanıb.

Danimarka-Azərbaycan “Vətən” Cəmiyyətinin üzvləri Aybəniz Murtuzova və Ruhiyyə Məlikovanın təqdimatı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və Azərbaycanın müstəqilliyinin bərpasına həsr olunan videoçarx böyük maraqla izlənilib.

 

Səmimi atmosferdə keçən görüş soydaşlarımız arasında həmrəyliyin gücləndirilməsinə, milli dəyərlərimizin təbliğinə və müstəqillik tariximizin yaşadılmasına töhfə verib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər