Çikaqoda Azərbaycan Respublikasının Dövlət Bayrağı qaldırılıb

3 iyun, 2026

Çikaqoda Azərbaycan Respublikasının Dövlət Bayrağı qaldırılıb

ABŞ-nin Çikaqo şəhərində yerləşən “Daley Center” binasının qarşısında Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldılıb.

Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) həmtəsisçiləri Fərid Məmmədov və Mehriban Məmmədovanın təşkilatçılığı ilə ənənəvi olaraq keçirilən bayraq qaldırma mərasiminə Azərbaycan icmasının üzvləri, diaspor nümayəndələri, eləcə də digər qonaqlar qatılıb.

İştirakçılar Azərbaycanın tarixi, mədəniyyəti barədə məlumatlandırılıb, həmçinin ölkəmizin müstəqilliyi və dövlətçilik ənənələrinin əhəmiyyəti vurğulanıb.

Tədbir diasporumuzun birliyinin nümayiş etdirilməsi, milli-mənəvi dəyərlərin yaşadılması və Azərbaycan həqiqətlərinin Amerika ictimaiyyətinə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyıb.

Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin üzvləri bu təşəbbüsü Azərbaycan-Amerika dostluq əlaqələrinin inkişafına, həmçinin bölgədə yaşayan soydaşlarımızın milli kimliklərinin qorunmasına və gələcək nəsillərə ötürülməsinə mühüm töhfə verəcəyini bildiriblər.

Mərasim iştirakçıların “Yallı” rəqsi ilə başa çatıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər