Cənubi Florida Universitetində “Azərbaycan – Mərkəzi Asiya Mədəniyyət Günü” keçirilib
27 noyabr, 2026
ABŞ-nin Cənubi Florida Universitetində “Azərbaycan – Mərkəzi Asiya Mədəniyyət Günü” keçirilib. Universitetdə fəaliyyət göstərən Azərbaycanlı Tələbə Cəmiyyəti (ASA) və Mərkəzi Asiya Tələbə Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutan tədbirə 100-ə yaxın tələbə qatılıb.
Tədbirdə Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin milli rəqsləri və musiqi nömrələri təqdim olunub, həmçinin ənənəvi təamlar, geyimlər və mədəni irsi əks etdirən müxtəlif nümunələr sərgilənib.
Tədbirin əsas məqsədi Azərbaycan və Mərkəzi Asiya xalqlarının mədəniyyətini universitet ictimaiyyətinə tanıtmaq, müxtəlif xalqlar arasında qarşılıqlı anlaşmanı təşviq etmək, tələbələr arasında ünsiyyət və dostluq əlaqələrini daha da gücləndirmək olub.
İştirakçıların böyük marağı ilə qarşılanan tədbir müxtəlif mədəniyyətlərin bir araya gəldiyi platforma kimi yadda qalıb.
Foto qalereya
Digər xəbərlər
