Bursada Azərbaycanın mədəni irsi tanıdılıb
16 iyun, 2026
Bursa Böyükşəhər Bələdiyyəsinin “Zafer-Atıcılar” orta məktəbində şagirdlərdə dil və mədəniyyət şüurunun formalaşdırılması və inkişafı məqsədilə təşkil olunan “Türk dili muzeyi”nin açılış mərasimi baş tutub. Mərasimdə ölkəmizi Bursa Azərbaycan İnnovasiya və Həmrəylik Dərnəyi (BAİDD) təmsil edib.
Tədbirdə Azərbaycanın tarixi, mədəniyyəti və milli-mənəvi dəyərlərinin təbliği üçün qurulan stend şagirdlərin böyük marağına səbəb olub. Dərnəyin sədri Lətifə Nağdəliyeva çıxışında Qarabağın rəmzlərindən biri olan Xarıbülbül çiçəyi haqqında ətraflı məlumat verərək, onun Azərbaycanın zəfər tarixində və milli yaddaşındakı xüsusi yerindən bəhs edib.
BAİDD nümayəndələri Azərbaycanın zəngin tarixi və mədəni irsinin gələcək nəsillərə tanıdılmasının vacibliyini vurğulayıb, uşaqların ölkəmizə göstərdiyi maraq və sevgini məmnunluqla qarşıladıqlarını bildiriblər. Qeyd olunub ki, bu cür tədbirlər Azərbaycan həqiqətlərinin və milli dəyərlərinin beynəlxalq müstəvidə tanıdılmasına mühüm töhfə verir.
Proqram Azərbaycan xalq rəqslərinin təqdimatı ilə davam edib.
Foto qalereya
Digər xəbərlər
