Brüsseldə “Tervuren” festivalında Azərbaycan stendi qurulub
18 may, 2026
Belçikada fəaliyyət göstərən “FireLand” Azərbaycanlılar Birliyi Brüsseldə keçirilən “Tervuren” festivalında iştirak edib.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondunun və Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda Səfirliyinin dəstəyi ilə hazırlanan Azərbaycan stendi ziyarətçilərin xüsusi marağına səbəb olub.
Ölkəmizin zəngin mədəni irsi və incəsənətinə aid kitablar, milli kəlağayılar və suvenirlərdən ibarət stend böyük maraqla qarşılanıb. Qonaqlar ingilis və fransız dillərində hazırlanan broşürlər vasitəsilə Azərbaycan xalçaları, eləcə də tar, kamança və qaval haqqında geniş məlumat əldə ediblər. Eyni zamanda, ziyarətçilərə Azərbaycanın tarixi abidələri, milli rəqsləri və digər mədəni xüsusiyyətləri barədə bilgilər verilib.
Festivala qatılanlar Azərbaycan mətbəxinin ləziz təamlarına qonaq edilib. İştirakçıların əksəriyyəti bu dadların onlar üçün yenilik olduğunu vurğulayıblar.
Qeyd edək ki, “Tervuren” festivalı hər il may ayında Brüssel şəhərində keçirilir. “FireLand” Azərbaycanlılar Birliyi isə artıq üç ildir ki, festivalda Azərbaycan stendi ilə ölkəmizi təmsil edir.
Foto qalereya
Digər xəbərlər
