Britaniya Azərbaycanlıları Cəmiyyəti Birləşmiş Krallığın yeni Baş nazirini təbrik edib
3 avqust, 2026
Britaniya Azərbaycanlıları Cəmiyyəti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının yeni Baş naziri vəzifəsinə təyin olunması münasibətilə Əndi Börnhəmə (Andy Burnham) təbrik məktubu ünvanlayıb.
Məktubda Böyük Britaniyada yaşayan Azərbaycan icmasının səmimi təbrikləri çatdırılıb, Əndi Börnhəmin rəhbərliyi dövründə iki ölkə arasında mövcud olan strateji tərəfdaşlığın daha da inkişaf edəcəyinə və qarşılıqlı əməkdaşlığın yeni mərhələyə yüksələcəyinə əminlik ifadə olunub.
Məktubda Azərbaycanın Birləşmiş Krallığın etibarlı və uzunmüddətli strateji tərəfdaşı olduğu vurğulanıb. Qeyd edilib ki, iki ölkə arasında uzun illər ərzində formalaşan genişmiqyaslı iqtisadi əlaqələr və investisiyalar qarşılıqlı etimada, uzaqgörən tərəfdaşlığa və davamlı əməkdaşlığa əsaslanır.
Bununla yanaşı, Böyük Britaniya Azərbaycanlıları Cəmiyyətinin bundan sonra da Azərbaycan ilə Birləşmiş Krallıq arasında etibarlı körpü rolunu davam etdirməyə, siyasi, iqtisadi, elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirməyə, qarşılıqlı əlaqələrin və investisiya imkanlarının təşviqinə dəstək verməyə hazır olduğu bildirilib.
Digər xəbərlər
