GAİM abituriyentləri Vahid Milli İmtahanlarda yüksək nəticələr əldə ediblər
3 avqust, 2026
Gürcüstanın Marneuli şəhərində fəaliyyət göstərən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin riyaziyyat və məntiq hazırlıq kurslarının abituriyentləri “1+4” proqramı çərçivəsində təşkil olunan Vahid Milli İmtahanlarda yüksək nəticələr göstəriblər.
Cari tədris ilində mərkəzin “1+4” proqramının hazırlıq kurslarını bitirən 73 abituriyent ali təhsil müəssisələrinə qəbul olunub, onlardan 50-dən çoxu yüksək nəticə göstərib.
GAİM-in abituriyenti Qurban Göyyusubov 80 mümkün baldan 75 bal toplayaraq ölkə üzrə ən yüksək nəticələrdən birinə imza atıb.
Eyni zamanda, birbaşa I kursa hazırlanan 10 abituriyent də Vahid Milli İmtahanlarda uğur qazanaraq ali məktəblərə qəbul olmaq hüququ əldə edib.
Əldə olunan uğurlar GAİM-də tətbiq olunan müasir tədris metodlarının, müəllimlər Fərzin Məşədiyev və Əhmədalı Babaşovun peşəkarlığının, eləcə də abituriyentlərin əzmkarlığının və məqsədyönlü hazırlığının nəticəsi kimi qiymətləndirilir.
Foto qalereya
Digər xəbərlər
