Böyük Britaniyada Azərbaycan tələbə təşkilatlarından parlamentarilərə Anım Günü müraciəti

28 sentyabr, 2026

Böyük Britaniyada Azərbaycan tələbə təşkilatlarından parlamentarilərə Anım Günü müraciəti

Böyük Britaniyada fəaliyyət göstərən Azərbaycan tələbə təşkilatları 27 Sentyabr – Anım Günü ilə bağlı Böyük Britaniya Parlamentinin üzvlərinə müraciət ünvanlayıblar.

Müraciətdə Anım Gününün xalqımız üçün tarixi və mənəvi əhəmiyyəti qeyd olunub, ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi ehtiramla yad edilib. Bununla yanaşı, Ermənistan-Azərbaycan münaqişəsinin nəticələri, Xocalı soyqırımı, 44 günlük Vətən müharibəsi, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, minalardan təmizləmə prosesi və “Böyük Qayıdış”a dair I Dövlət Proqramı barədə məlumat verilib.

Həmçinin gənclərin gələcək nəsillərin müharibə və qarşıdurmadan uzaq, təhlükəsiz şəraitdə formalaşmasına mühüm töhfə verə biləcəyi vurğulanıb. Bu çərçivədə dialoq, humanitar təşəbbüslər, akademik və mədəni mübadilələrin davam etdirilməsinin, eləcə də Azərbaycan və Ermənistan arasında davamlı sülhün təmin olunmasına yönəlmiş beynəlxalq səylərin əhəmiyyəti diqqətə çatdırılıb.

Təşəbbüs Qlazqo, Aberdin, Edinburq, Mançester, Esseks, Şahzadə Meri Universiteti, Bristol və Vorvik universitetlərində fəaliyyət göstərən Azərbaycan tələbə cəmiyyətlərinin iştirakı ilə həyata keçirilib. Kampaniya Azərbaycan həqiqətlərinin və Anım Gününün mahiyyətinin Böyük Britaniya ictimaiyyətinə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər