Borçalı aşıq ənənələri “Ozan Saz” layihəsində yaşadılır
22 may, 2026
Borçalı aşıq sənətinin qorunması və təbliği məqsədilə Gürcüstanda fəaliyyət göstərən “24News” medianın təşkilatçılığı, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Ozan Saz” televiziya müsabiqəsinin seçim mərhələsi keçirilib.
Layihənin təşkilatçısı Azər Məmmədov müsabiqənin əsas məqsədinin milli saz sənətinin qorunması, geniş auditoriyaya tanıdılması, yeni istedadların üzə çıxarılması olduğunu bildirib.
Münsiflər heyəti iştirakçıların ifa bacarığını, səhnə mədəniyyətini və sənətə yanaşmasını qiymətləndirib. Nəticədə 19 iştirakçıdan 12-si növbəti mərhələyə vəsiqə qazanıb.
Foto qalereya
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
