Bolnisidə uşaqların əmək hüquqlarına həsr olunan tədbir keçirilib

21 aprel, 2026

Bolnisidə uşaqların əmək hüquqlarına həsr olunan tədbir keçirilib

Gürcüstanın Bolnisi şəhərində fəaliyyət göstərən Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə “Gürcüstanda uşaqların əmək hüquqları” mövzusunda maarifləndirici tədbir keçirilib.

Görüşdə Gürcüstanın Xalq Müdafiəçisi (Ombudsman) Aparatının əməkdaşları, valideynlər, ziyalılar və mərkəzin müdavimləri iştirak ediblər.

Mərkəzin icraçı direktoru Rezo Həsənov belə görüşlərin təşkilinin cəmiyyətin maarifləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib.

Ombudsman Aparatının Uşaq hüquqları şöbəsinin rəhbəri Lika Qvinjiliya və Kvemo Kartli regional şöbəsinin əməkdaşı Murad Hüseynov ölkədə uşaq əməyinin mövcud vəziyyəti, 16 yaşadək və 16–18 yaş aralığında olan uşaqların əmək hüquqları, onların idman, reklam və mədəni tədbirlərdə iştirakı ilə bağlı hüquqi normalar, eləcə də məktəblərdə uşaqlara münasibətdə davranış qaydaları barədə ətraflı məlumat veriblər.

Daha sonra Ombudsman Aparatının uşaq əməyinə dair hazırladığı bukletlər paylanılıb.

Tədbir qarşılıqlı fikir mübadiləsinin aparılması ilə yekunlaşıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər