Bolnisidə uşaq əməyinə qarşı mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib

13 iyun, 2025

Bolnisidə uşaq əməyinə qarşı mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib

Bolnisidə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin layihələri çərçivəsində fəaliyyət göstərən “Arıxlı” İcma Mərkəzində 12 İyun - Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Gününə həsr olunan tədbir keçirilib.

Tədbirdə Gürcüstan Xalq Müdafiəçisi Ofisinin (Ombudsman) Uşaq Departamentinin nümayəndəsi Lika Xvincilia, departamentin Kvemo Kartli üzrə təmsilçisi Murad Hüseynov, Darvaz kənd orta məktəbinin və İcma Mərkəzinin müəllim və şagirdləri İştirak ediblər.

"Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi"nin rəhbəri Rezo Həsənov Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günü haqqında geniş məlumat verib.

Lika Xvincilia Beynəlxalq Əmək Təşkilatının (BƏT) bu günü ilk dəfə 2002-ci ildə qeyd etdiyini, təşkilatın hədəfinin isə diqqətin həmin problemə yönəldilməsi və onun ləğvi olduğunu bildirib. Həmçinin Gürcüstanda Ombudsmanın uşaq siyasəti, uşaq hüquqları və uşaq əməyinə dair qanunvericilik barədə məlumat verib.

Murad Hüseynov Gürcüstanda uşaq əməyinin Konstitutiya ilə qorunduğunu nəzərə çatdırıb. O, uşaqların əmək hüquqlarının Uşaq Əmək Məcəlləsi və Əmək Məcəlləsi ilə də qorunduğunu vurğulayıb.

Tədbirdə şagirdlərə “Avropa Birliyi Gürcüstan naminə”, “Gürcüstan Xalq Müdafiəçisi” və UNICEF–in dəstəyi ilə Azərbaycan dilinə tərcümə edilən “Uşaqların hüquqları barədə”, “Uşaqların iqtisadi fəaliyyəti və uşaq əməyi”, “Məktəbdə uşaqların hüquqları”, “Uşağa uyğunlaşdırılmış ədalət nə deməkdir” və “Uşaq məhkəməyə necə müraciət edə bilər” adlı broşürlar hədiyyə olunub.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər