Bişkekdə azərbaycanlı rəssamın “Nar bağı” adlı fərdi sərgisinin açılışı olub

19 iyun, 2026

Bişkekdə azərbaycanlı rəssamın “Nar bağı” adlı fərdi sərgisinin açılışı olub

Qırğızıstanın paytaxtı Bişkek şəhərində Qapar Aytiyev adına Qırğızıstan Milli Təsviri İncəsənət Muzeyində Azərbaycan əsilli rəssam Aleksandr Dilbazinin “Nar bağı” adlı fərdi sərgisinin açılış mərasimi keçirilib.

Açılış mərasiminə mədəniyyət və incəsənət xadimləri, diplomatik korpusun nümayəndələri, rəssamlar, eləcə də Bişkek şəhərinin sakinləri qatılıb. Ziyarətçilər sərgiyə baxış keçirib, müəllifin özünəməxsus yaradıcılıq üslubunu və Azərbaycan mədəni irsindən ilhamlanan sənət nümunələrini yüksək qiymətləndiriblər.

Ekspozisiyada rəssamın yaradıcılığının xüsusi yer tutan nar motivli onlarla əsər sərgilənir. Soydaşımızın rəsmlərində nar bolluq, həyat, birlik və mənəvi zənginliyin simvolu kimi təsvir olunur.

“Nar bağı” sərgisi yaxın bir neçə həftə ərzində açıq olacaq. Bu müddətdə Bişkek sakinləri və şəhərin qonaqları rəssamın əsərlərini yaxından izləmək imkanı əldə edəcəklər.

 

Məlumat üçün bildirək ki, Aleksandr Dilbazi  məşhur Dilbazi nəslinin nümayəndəsidir və Oman Sultanlığında yaşayır.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər