Bazeldə milli rəqslərimiz zövq oxşayıb

8 may, 2026

Bazeldə milli rəqslərimiz zövq oxşayıb

 

İsveçrədə fəaliyyət göstərən “Azərbaycanın Dostları” Birliyi Türkiyənin “Milli Suverenlik və Uşaq Bayramı Günü” münasibətilə keçirilən tədbirdə iştirak edib. Bazel Məktəb-Valideynlər Birliyinin təşkil etdiyi tədbir İsveçrədəki türk icmalarını bir araya gətirərək həmrəylik və birlik mühitinin formalaşmasına töhfə verib.

“Azərbaycanın Dostları” Birliyinin nəzdindəki “Buta” uşaq rəqs qrupunun rəngarəng və peşəkar ifaları tədbirin ən yaddaqalan anlarından biri olub. Azərbaycan milli rəqsləri, xüsusilə “Uzundərə” və “Üzüm” iştirakçıların zövqünü oxşayıb. Gənc soydaşlarımızın çıxışları xalqımızın zəngin mədəni irsini, əsrlərdən süzülüb gələn milli dəyərlərini əks etdirib.

Tədbir Azərbaycan və türk xalqları arasında mövcud olan qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi, mədəni əlaqələrin inkişafı baxımından əlamətdar hadisə kimi yadda qalıb.

Qeyd edək ki, “Azərbaycanın Dostları” Birliyi Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə 2021-ci ildən etibarən fəaliyyət göstərir.

 

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər