Azərbaycanlıların şirkəti Almaniyada dövlət tenderinin qalibi olub
11 avqust, 2026
Almaniyadakı soydaşlarımızın qurduğu şirkət dövlət qurumları və bələdiyyələrin elan etdiyi böyükmiqyaslı və məsuliyyətli tenderin qalibi olub.
63 nəfərdən ibarət beynəlmiləl kollektivə və 100-dən artıq müxtəlif təyinatlı texnikaya malik şirkətə Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü, Almaniyada Azərbaycan Evi İctimai Birliyinin rəhbəri Rüvşən Qrosman başçılıq edir.
Bununla da şirkət Berlinin rəsmi prezident iqamətgahının, bir sıra nazirliklərin və digər strateji dövlət qurumlarının yerləşdiyi mərkəzi ərazilərdə genişmiqyaslı abadlıq işləri həyata keçirəcək. Buraya yaşıllıqların salınması, parkların və ətraf ərazilərin abadlaşdırılması, eləcə də onların səliqəli və baxımlı vəziyyətdə saxlanılması daxildir.
İşlərin vaxtında və yüksək keyfiyyətlə başa çatdırılması üçün layihə üzrə fəaliyyət bir neçə istiqamətdə aparılır.
Tenderin güclü rəqabət şəraitində qazanılması şirkətin peşəkar potensialını və bu sahədəki təcrübəsini bir daha təsdiqləyib. Bu uğur eyni zamanda, Azərbaycan diasporunun Almaniyadakı fəallığının göstəricisi kimi qiymətləndirilib.
Foto qalereya
Digər xəbərlər
