Azərbaycanlı pianoçunun fəaliyyəti Oman mediasında
2 sentyabr, 2026
Omanın nüfuzlu “Oman Observer” saytında Musiqi və İncəsənət üzrə Kral Konservatoriyasının həmtəsisçisi, azərbaycanlı pianoçu və musiqi müəllimi Səidə Xəlilovanın müsahibəsi dərc olunub.
"Omanda klassik musiqinin səssiz intibahı" başlığı ilə çap olunan müsahibədə soydaşımızın bu ölkədə klassik musiqi təhsilinin inkişafına verdiyi töhfələr, gənc musiqiçilərin peşəkar səviyyədə hazırlanması, beynəlxalq musiqi təhsilinin təşviqi və Azərbaycan–Oman mədəni əlaqələrinin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi layihələr geniş işıqlandırılıb.
Səidə Xəlilova müsahibəsində musiqi vasitəsilə xalqlar arasında qarşılıqlı anlaşma və əməkdaşlığın möhkəmlənməsinə töhfə vermək arzusunu və bütün fəaliyyətinin bu nəcib istiqamətə yönəldiyini bildirib.
Qeyd edək ki, yaşadığı cəmiyyətə uğurla inteqrasiya olunan soydaşımız uzun illərdir ki, Azərbaycanın zəngin musiqi mədəniyyətinin beynəlxalq müstəvidə tanıdılmasına və iki ölkə arasında mədəni-humanitar əlaqələrin inkişafına mühüm töhfələr verir, mədəniyyət diplomatiyası yolu ilə ölkəmizi uğurla təmsil edir.
Soydaşımızın müsahibəsini daha ətraflı aşağıdakı linkdən oxumaq mümkündür:
https://www.omanobserver.om/article/1195225/features/music/omans-quiet-classical-awakening
Foto qalereya
Digər xəbərlər
