Azərbaycanlı güləşçi Kanada çempionu olub

21 may, 2026

Azərbaycanlı güləşçi Kanada çempionu olub

Kanadada yaşayan azərbaycanlı güləşçi Kamal Paşa Əliyev Quliyev növbəti uğura imza atıb. O, Alberta əyalətinin Qrande Prairie şəhərində keçirilən sərbəst güləş üzrə Kanada Milli Çempionatının qaliblərindən biri olub.

U17 yaş qrupunda, 71 kq çəki dərəcəsində mübarizə aparan soydaşımız bütün rəqiblərini məğlub edərək turnirin qızıl medalına sahib olub. Finalda Oleksandr İsaienko ilə qarşılaşan idmançımız rəqibini bir dəqiqədən də az müddətdə məğlub edib. O, gərgin və yüksək tempdə keçən turnirdə ümumi 41:0 hesabı ilə Azərbaycan idmanının gücünü nümayiş etdirib.

Kamal Paşa Əliyev Quliyev 2010-cu ildə İspaniyada anadan olub və 2017-ci ildə ailəsi ilə birlikdə Kanadanın Monreal şəhərinə köçüb. 2018-ci ildən etibarən cüdo və güləş məşqlərinə başlayan gənc idmançı qısa müddət ərzində həm yerli, həm də beynəlxalq turnirlərdə uğurlar qazanıb. Onun bu son nailiyyəti Azərbaycan güləş məktəbinin dünya arenasında gücünü göstərən nümunəvi nəticədir.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər