“Azərbaycandan Qarsa: Sazın-sözün körpüsü” adlı konsert proqramı təşkil olunub

13 may, 2026

“Azərbaycandan Qarsa: Sazın-sözün körpüsü” adlı konsert proqramı təşkil olunub

Qarsda Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, el şairi Aşıq Ələsgərin xatirəsinə həsr olunan konsert keçirilib.

 

“Azərbaycandan Qarsa: Sazın-sözün körpüsü” adlı konsert proqramı Göyçə mahalında yaşayıb-yaratmış el şairinin vəfatının 100-cü ildönümünə həsr olunub.

 

Qars Mədəniyyət İdarəsinin binasında təşkil olunan konsertin təşkilatçıları Azərbaycan Respublikasının Qars şəhərindəki Baş Konsulluğu, Qars Azərbaycan İş Adamları Dərnəyi və Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) olub.

 

Tədbirdə ölkəmizin Qars şəhərindəki Baş konsulu Zamin Əliyev, Qars Bələdiyyəsinin sədri Ötüken Senger, TADEF-in sədri Adalet Turan, müşaviri Pərviz Məmmədzadə və digər rəsmi şəxslər, yerli icra strukturlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

 

Proqramın aparıcıları Aşıq Ələsgərin yaradıcılıq irsinin bütün Türk dünyası üçün əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Bildirilib ki, onun əsərləri əsrlər keçməsinə baxmayaraq yaşayır və sevilir.

 

Aşıqlar Tural Bağırovun, Əfqan Şamilovun, Zülfiyyə İbadovanın, balaban ifaçısı Asiman İsmayılovun və digər sənətçilərin çıxışları tamaşaçıların alqışları ilə qarşılanıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər