Azərbaycan Tələbə Cəmiyyəti Kraliça Meri Universitetinin “Xoş gəlmisiniz” sərgisində iştirak edib
21 sentyabr, 2026
Böyük Britaniyanın paytaxtı London şəhərindəki Kraliça Meri Universitetində yeni tədris ili münasibətilə “Xoş gəlmisiniz” sərgisi təşkil olunub. Sərgiyə həmin ali təhsil müəssisəsində fəaliyyət göstərən tələbə cəmiyyətləri qatılıb. Azərbaycan Tələbə Cəmiyyəti də tədbirdə iştirak edib.
Cəmiyyətin rəhbəri, Diaspor Gənclərinin VII Yay Düşərgəsinin iştirakçısı Davud Cəbiyev təşkilatın fəaliyyəti barədə məlumat verib. Azərbaycanın mədəniyyəti, tarixi və milli dəyərləri haqqında təqdimat nümayiş olunub. Eyni zamanda cəmiyyətin əsas məqsədinin universitetdə təhsil alan azərbaycanlı tələbələri bir araya gətirmək, onların akademik və sosial fəaliyyətinə dəstək göstərmək, eləcə də mədəniyyətimizi və milli dəyərlərimizi tanıtmaq olduğu bildirilib.
Tədbirdə yeni tələbələrlə tanışlıq, digər tələbə cəmiyyətləri ilə əlaqələrin qurulması və əməkdaşlıq imkanlarının müzakirəsi üçün geniş imkan yaradılıb.
Azərbaycan Tələbə Cəmiyyətinin “Xoş gəlmisiniz” sərgisində iştirakı Böyük Britaniyada təhsil alan gənclər arasında Azərbaycan haqqında məlumatların yayılmasına, eləcə də tələbələrarası əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynayıb.
Foto qalereya
Digər xəbərlər
