Azərbaycan San-Fransisko Türk Festivalında təmsil olunub

16 sentyabr, 2026

Azərbaycan San-Fransisko Türk Festivalında təmsil olunub

Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyəti (ACSNC) San-Fransiskonun “Embarcadero Plaza” meydanında keçirilən 3-cü San-Fransisko Türk Festivalında ölkəmizi təmsil edib.

Festivalda müxtəlif türk xalqlarının nümayəndələri milli mədəniyyətlərini tanıdıblar. Soydaşlarımız Azərbaycan musiqiləri səsləndirib, milli rəqslərimizi nümayiş etdiriblər. Azərbaycan guşəsində ölkəmizin tarixi, adət-ənənələri və zəngin mədəni irsi haqqında məlumatlar təqdim olunub. Buraya üz tutan ziyarətçilər Azərbaycanın turizm imkanları, səyahət marşrutları və görməli yerləri ilə maraqlanıblar.

San-Fransisko Türk Festivalı Azərbaycan icmasının milli dəyərlərimizi daha geniş auditoriyaya çatdırması, müxtəlif icmalarla qarşılıqlı əlaqələri inkişaf etdirməsi və ölkəmiz barədə məlumatlılığın genişləndirilməsi üçün əlverişli imkan yaradıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər