Azərbaycan Respublikasının Prezidenti Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşlarını təltif edib

23 iyun, 2026

Azərbaycan Respublikasının Prezidenti Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşlarını təltif edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 iyun 2026-cı il tarixində imzaladığı Sərəncama əsasən, Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif edilənlər sırasında Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları da var.

Quliyev Ruslan Namiq oğlu “Tərəqqi” medalı ilə, Kərimov Orxan Rafiq oğlu və Məmmədov Kənan Arif oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif ediliblər.

Dövlət qulluqçularının fəaliyyətinə verdiyi yüksək qiymətə görə Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk. Təltif olunan həmkarlarımızı təbrik edir, onlara şərəfli və məsuliyyətli işlərində yeni-yeni uğurlar arzulayırıq.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər