Azərbaycan Londonda keçirilən “Avropa Həftəsi”ndə təmsil olunub

13 may, 2026

Azərbaycan Londonda keçirilən “Avropa Həftəsi”ndə təmsil olunub

Londonda yerləşən nüfuzlu “Goodenough” Kollecində “Avropa Həftəsi” adlı beynəlxalq mədəniyyət tədbiri keçirilib. Tədbirdə Azərbaycan da daxil olmaqla, 15-dən çox ölkənin nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində iştirakçılar müxtəlif ölkələrin stendləri ilə tanış olub, onlara Avropa xalqlarının milli ənənələri, mədəniyyəti və mətbəxi haqqında məlumat verilib. “Mini Avropa” atmosferində keçirilən tədbirdə qonaqlara müxtəlif ölkələrin milli mətbəx nümunələri təqdim edilib.

Azərbaycan stendi iştirakçıların xüsusi marağı ilə qarşılanıb. London Universitet Kollecinin (UCL) magistr tələbəsi Elmira Babayeva ziyarətçiləri ölkəmizin zəngin mədəni irsi, milli adət-ənənələri və mətbəxi haqqında ətraflı məlumatlandırıb. Təqdim olunan materiallar Azərbaycanın qədim və rəngarəng mədəniyyətinin beynəlxalq auditoriyaya tanıdılmasına mühüm töhfə verib.

“Avropa Həftəsi” tələbələr və beynəlxalq iştirakçılar arasında mədəni dialoqun genişləndirilməsi, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi və dostluq əlaqələrinin inkişafı baxımından əhəmiyyətli platforma rolunu oynayıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər