“Azərbaycan Cümhuriyyəti: Müstəqilliyə gedən yol” mövzusunda onlayn ustad dərsləri keçirilib

26 may, 2026

“Azərbaycan Cümhuriyyəti: Müstəqilliyə gedən yol” mövzusunda onlayn ustad dərsləri keçirilib

Azərbaycan Diaspor Gəncləri (ADG) təşkilatının təşəbbüsü ilə 28 May – Müstəqillik Gününə həsr olunan onlayn ustad dərsləri keçirilib.

Zoom platforması üzərindən “Azərbaycan Cümhuriyyəti: Müstəqilliyə gedən yol” mövzusunda baş tutan görüşə ADG üzvləri, gənc diaspor fəalları, xaricdə təhsil alan tələbələr, eləcə də “Azərbaycan Diaspor Könüllüləri” proqramının iştirakçıları qatılıb.

Diaspor gənclərinin maraq və istəklərinə uyğun keçirilən görüşün əsas qonağı tarix elmləri doktoru, professor Solmaz Tohidi olub. O, Azərbaycan Xalq Cümhuriyyətinin Şərqdə ilk parlamentli respublika kimi tarixi əhəmiyyətindən bəhs edib, milli istiqlal ideyasının formalaşması və dövlətçilik ənənələrinin qorunmasının vacibliyini vurğulayıb. Eyni zamanda, gənclərin tariximizin öyrənilməsi və milli-mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsində fəallığının önəminə diqqət çəkib.

Görüş zamanı AXC-nin yaranma prosesi, milli dövlətçilik ənənələri və müstəqillik tariximizin mühüm mərhələləri ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.  

Diaspor gəncləri bu kimi maarifləndirici layihələrin əhəmiyyətini yüksək qiymətləndirib, gələcəkdə onları maraqlandıran digər mövzular üzrə də bənzər görüşlərin keçirilməsini təklif ediblər.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər