Avstraliyada Azərbaycan mədəniyyəti tanıdılıb

3 aprel, 2026

Avstraliyada Azərbaycan mədəniyyəti tanıdılıb

Avstraliya İttifaqının Lismore şəhərində yerləşən eyniadlı özəl məktəbdə “Harmoniya Günü” (“Harmony Day”) tədbiri keçirilib.

Tədbirdə məktəbin şagirdləri olan azyaşlı soydaşlarımız Ədilə Adili və Zeyn Adili Azərbaycan haqqında geniş məlumat veriblər. Ölkəmizin zəngin tarixi, mədəniyyəti və adət-ənənələri barədə danışıb, milli geyimlərimizi nümayiş etdiriblər.  İştirakçıların böyük maraqla qarşıladıqları bu çıxışlar sayəsində məktəbin əcnəbi şagirdləri vətənimizlə bağlı yeni biliklər qazanıblar.

Qeyd edək ki, bu cür təşəbbüslər Azərbaycanın beynəlxalq səviyyədə tanıdılması və mədəni irsinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər