Ana dilimiz – milli kimliyimizin ən dəyərli sərvətidir
4 avqust, 2026
Gürcüstanın Marneuli şəhərində fəaliyyət göstərən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə həftəsonu məktəbinin və rəsm dərnəyinin şagirdləri iştirak ediblər.
GAİM-in müəllimləri Xəyalə Mustafayeva və Anna Allahverdiyeva Azərbaycan dilinin qorunmasının, zənginləşdirilməsinin və gələcək nəsillərə ötürülməsinin əhəmiyyətindən danışıblar.
Şagirdlər ana dilimizə həsr olunan şeirlər səsləndirib, Azərbaycan dilinə olan sevgilərini nümayiş etdiriblər. Rəsm dərnəyinin iştirakçılarının rəsm əsərləri tədbirə xüsusi rəng qatıb.
Belə təşəbbüslərin uşaqlarda ana dilinə, milli-mənəvi dəyərlərimizə və Azərbaycan əlifbasına hörmət hissinin gücləndirilməsinə, onların milli kimlik ruhunda yetişməsinə mühüm töhfə verdiyi diqqətə çatdırılıb.
Foto qalereya
Digər xəbərlər
