Albaniya qəzetində Naxçıvanla bağlı geniş məqalə dərc edilib
14 sentyabr, 2026
Albaniyanın nüfuzlu “Gazeta e Alpeve – Zëri i Maleve të Botës” qəzetində “Naxçıvan Azərbaycanın ayrılmaz və tarixi hissəsidir” sərlövhəli məqalə dərc edilib. Məqalənin müəllifi tanınmış alban tarixçisi Entela Muçodur.
Məqalədə Naxçıvanın tarixi inkişaf yolu, inzibati-siyasi statusunun formalaşması, regionun müxtəlif dövrlərdə üzləşdiyi çətinliklər və Azərbaycanın tərkibində muxtar respublika kimi keçdiyi inkişaf mərhələləri ətraflı şəkildə təqdim olunub. Yazıda Naxçıvan xanlığının tarixi, Gülüstan və Türkmənçay müqavilələrinin regionun taleyinə təsiri, Azərbaycan Xalq Cümhuriyyəti dövrü, sovet hakimiyyəti illəri, eləcə də Naxçıvanın muxtariyyət statusunun beynəlxalq müqavilələrlə təsbit olunması məsələlərinə toxunulub.
Qeyd edək ki, məqalə hazırlanarkən Azərbaycanın qocaman mətbuat orqanlarından biri hesab edilən “Xalq Qəzeti”ndə dərc olunmuş materiallardan və tarixi mənbələrdən istifadə edilib.
Foto qalereya
Digər xəbərlər
