Aktauda ekspertlərin forumu keçiriləcək
22 sentyabr, 2026
Sentyabrın 25-də Qazaxıstanın Aktau şəhərində "Xəzəryanı makroregion: Azərbaycan və Qazaxıstanın siyasi və iqtisadi tərəfdaşlıq arxitekturası" adlı forum keçiriləcək.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Qazaxıstanda fəaliyyət göstərən Ş.Yessenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universitetinin və “Azərbaycan Mərkəzi” İctimai Fondunun təşkilatçılığı ilə baş tutacaq tədbirdə Azərbaycan və Qazaxıstandan olan siyasi ekspertlər, analitiklər və elm adamları iştirak edəcəklər.
Forum çərçivəsində Xəzər dənizinin geosiyasi əhəmiyyəti və "Orta Dəhliz"in (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) perspektivləri müzakirə olunacaq. Tədbirin əsas məqsədlərindən biri isə iki ölkənin siyasi xadimləri, beynəlxalq münasibətlər üzrə alimləri və ziyalıları arasında davamlı dialoq platformasının yaradılmasıdır.
Foto qalereya
Digər xəbərlər
