V Yay Düşərgəsində “Diaspor üçün bir ideyam var” mövzusunda panel keçirilib

7 avqust, 2024

V Yay Düşərgəsində “Diaspor üçün bir ideyam var” mövzusunda panel keçirilib

Laçında keçirilən Diaspor Gənclərinin V Yay Düşərgəsinin növbəti paneli “Diaspor üçün bir ideyam var”  mövzusuna həsr olunub.

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasovun moderatorluğu ilə baş tutan panelin qonaqları MaxTexno şirkətinin rəhbəri, İKT üzrə ekspert İlqar Cəfərov, Destec Group şirkətinin İdarə Heyətinin sədri, ADNSU-da rektor müşaviri, biznes konsultant Sakit Səmədov və Strateji kommunikasiya üzrə ekspert Səfər Aslanov olub.

Vaxtilə xaricdə yaşamış qonaqlar iştirakçılarla maraqlı və interaktiv dialoq quraraq ölkəmizin təbliğin, Azərbaycanı və azərbaycanlıları tanıtmağın və sevdirməyin yollarını müzakirə edib, bu istiqamətdə öz təcrübələrini bölüşüblər. Düşərgə iştirakçıları Azərbaycanın tanıdılmasına yönəlmiş biznes imkanlarına, həmçinin diasporun daha da inkişaf etdirilməsinə dair ideyalarını səsləndiriblər.

Müasir dövrün tələblərinə uyğun olaraq informasiya texnologiyaları, rəqəmsallaşma, kibertəhlükəsizlik və digər bu kimi sahələrdə gənclərin özlərini inkişaf etdirməsinin vacibliyi vurğulanıb.

Düşərgə iştirakçıları hər bir mühazirəni maraqla qarşılayıb, panelçilərə çoxsaylı suallar ünvanlayıblar.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər